Bakıda marketdə silahlı basqında yaralananların son durumu AÇIQLANDI
Martın 4-də Bakıda marketdə silahlı basqında yaralananların son durumu açıqlanıb.
Bu barədə Korrupsiya.com-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bildirilib ki, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzində ağciyər və fəqərə zədələnməsi səbəbi ilə əməliyyat olunan 1 nəfər (cinsi kişi) iltizamnamə əsasında yaxınlarının istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.
Sol çiyin oynağının çıxığı diaqnozu ilə müalicəsi aparılan digər bir nəfərin (cinsi kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb.