Hadisə

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda müşavirə keçirir

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda müşavirə keçirir


Naxçıvan Muxtar Respublikada ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilir.

“Nuhçıxan” xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrının binasında keçirilən müşavirənin gündəliyində duran əsas məsələ təsərrüfat başına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələrin müəyyən edilməsidir.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Prezident administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev, Azərbaycan Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov və Azərbaycan Dövlət Statistika Komitəsinin şöbə müdiri Gündüz Məmmədov iştirak edirlər.