Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı ETSN-dən açıqlama - YENİLƏNİB + FOTO
Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) açıqlama verilib.
Nazirliyin mətbuat katibi İradə İbrahimova Korrupsiya.com-a bildirib ki, ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır:
“Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir”.
19:55
Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.
APA-nın əldə etdiyi xəbərə görə, parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.