Şahdağda qar örtüyünün hündürlüyü səkkiz santimetrə çatıb - FAKTİKİ HAVA
Oktyabrın 7-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir yağış, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb, yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb.
Düşən yağışın miqdarı Zaqatala, Astarada 30 mm, Lerikdə 26 mm, Vəlvələçay-Təngəaltı, Balakən, Ağstafada 21 mm, Tovuzda 20 mm, Quba, Qusarda 19 mm, Oğuzda 17 mm, Şəki, Kişçayda (Şəki) 16 mm, Yardımlıda 15 mm, Altıağacda 14 mm, Nabranda 13 mm, Şabranda 11 mm, Sarıbaşda (Qax) 10 mm, Qəbələdə 9 mm, Gədəbəydə 7 mm, Girdimançay-Qaranohur, Xaltan, Cəfərxan, Şəmkir, Şirvan, İsmayıllı, Ağsu, Cəfərxan, Ceyrançöldə 6 mm, Xınalıq, Ləzə, Lənkəranda 5 mm, Göygöl, Beyləqan, İmişli, Xaçmazda 4 mm, Şahdağ, Ağdərə (Ordubad), Sabirabad, Daşkəsəndə 3 mm, Qrız, Gəncə, Ağdam, Göyçay, Tərtər,Zərdabda 2 mm, Naxçıvan, Şərur, Sədərək, Bərdə, Mingəçevir, Salyan, Yevlax, Kürdəmir, Neftçala, Biləsuvar, Naftalan, Qazıməmməd, Bakıda 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 8 sm, Xınalıqda 4 sm, Qrızda 2 sm, Ləzədə 1 sm olub.