İDDİA: Rektor nazirliyin komissiyasını qovub... - Əmirullayevə "əzələ nümayişi"
Təhsil naziri Emin Əmirullayev Gəncə Dövlət Universitetinin fəaliyyətini yoxlatdıra bilmir...
Qlobal.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, yoxlamaya səbəb Gəncə Dövlət Universitetinin tədris və təsərrüfat sistemində olan neqativ hallardır.
"Təhsil nazirinin tapşırığı ilə ilin əvvəlindən Gəncə Dövlət Universitetinə iki dəfə yoxlamaya gedən komissiyanın rektor Yusif Yusibov tərəfindən qovularaq geri qaytarıldı. Eyni zamanda Yusif Yusibov yuxarı instansiyalarda əlaqədə olduğu şəxslərin vasitəsilə Təhsil nazirinə təzyiqlər etdirmək istəyir. Lakin E.Əmirullayevi hələ ki, niyyətindən heç bir zəng daşındıra bilməyib"-deyə, mənbə vurğulayır.
Qeyd edək ki, Yusif Yusibov keçmiş Təhsil Naziri Ceyhun Bayramovun kadrlarından hesab edilir. Belə ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin xərclənməsinə nəzarət funksiyasını həyata keçirən məsul şəxsdir. Ceyhun Bayramovun qardaşı Azər Bayramov da Maliyyə Nazirliyində müavin vəzifəsində çalışır.
Xatırladaq ki, Gəncə Dövlət Universiteti bu il keçirilən attestasiyada 67 balla qiymətləndirilərək aşağı nəticə göstərib.