Neft borusu üstündə bazar Vətəndaşlar narahatdır, SOCAR isə yox
Elektron poçt ünvanımıza göndərilən şikayəti olduğu kimi oxucularımıza çatdırırıq!
Hörmətli redaksiya!
İşbazın biri Binəqədi-Novxanı yolunun kənarındakı neft boruları üzərində dəmir bazarı açıb. Hər gün bu bazara bir neçə kamaz dəmir daxil olur, bir o qədər də yük maşını çıxır. Bura gələn dəmrilər yolun kənarında quraşdırılan elektron dərəzidə çəklir, çeşidlənir, sonra dəmir sexlərinə yola salınır. Bütün bu proses üstü torpaqla doldurulan iri neft kəmərlərinin üstündə baş verir. Ərazidən həm neft kəmərləri keçir, həm də bura SOCAR-ın mühafizə zolağıdır. Amma di gəl ki, dəfələrlə SOCAR-a müraciət etsək də, Neft Şirkəti şikayətimizə məhəl qoymur. Bizə deyirlər ki, guya bu ərazinin SOCAR-a aidiyati yoxdur. Halbuki, dəmir bazarının altından və ətrafından keçən kəmərlər aydın görünür. Burda deyirlər ki, andına inandım, amma xoruzun quyruğu görünür axı.
Dəyərli redaksiya. Sizdən bu məsələni yerindəcə araşdırmağı xahiş edirəm. Gəlin, həqiqəti öz gözlərinizlə görün.