Gündəm

Daha bir deputata vəzifə veriləcəyi deyilir... - İDDİA

Daha bir deputata vəzifə veriləcəyi deyilir... - İDDİA

Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinə namizədləri sırasında VI çağırış Milli Məclis deputatı Elnur Allahverdiyevin adının olmaması sonradan onunla bağlı müəyyən fikirlərin yayılmasına yol açdı.Onun vəzifəyə təyin olunacağı,səfir göndəriləcəyi vəs.yazıldı.

Ehtimala söykənən məlumatlardan biri də odur ki,Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinə namizədləri sırasında adı yer almayan Elnur Allahverdiyev,ola bilsin sentyabr ayının əvvəllərində Bakının rayonlarından birinə icra başçısı təyin olunsun.

Qeyd edək ki, Elnur Allahverdiyev VI çaığrış Milli Məclis deputatıdır. O. 17 saylı Yasamal 3-cü seçki dairəsindən deputat seçilib.O, həmçinin biznesmen kimi tanınır, "Kontakt home" şirkətinin ona məxsus olduğu deyilir.(Faktinfo)