Gündəm

Daha beş il susmaq üçün YENİDƏN NAMİZƏDDİR... - AXI NİYƏ?

Daha beş il susmaq üçün YENİDƏN NAMİZƏDDİR... - AXI NİYƏ?

Hakim partiyanın 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədi Malik Həsənovdur. Tribunainfo.az xatırladır ki, o, Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qardaşıdır. Əslən cəlilabadlı olan Həsənovları yerli camaat yaxşı tanıyır. Onların rayonda və ölkə üzrə böyük biznes imkanları var. Malik Həsənov IV, V, VI çağırış deputat olub. Yəni 15 ildir ki, parlamentdədir. Onun yenidən mandat sahibi olacağı ehtimalı yüksəkdir. Amma Cəlilabad camaatı deputatın üzünü seçkidən-seçkiyə görür. Onlar qeyd edirlər ki, Malik Həsənov 9 avqustdan 31-dək görünəcək, sonra yenə 5 il onu tapmaq mümkün olmayacaq. Yeri gəlmişkən, Malik Həsənov parlamentin susqun deputatlarından biridir. Onun hər hansı çıxışını və ya mətbuata açıqlamasını görmək mümkün deyil.
O da deyilir ki, “Baku Mall”, “X-Petrol” yanacaqdoldurma məntəqələri,”Bağçasaray” restoranlar şəbəkəsi məhz Malik Həsənova məxsusdur. O, 2007–2010-cu illərdə “Azinko holdinq” tikinti şirkətinə rəhbərlik edib. İndi də şirkət onun nəzarətindədir.