Gündəm

Ramin Abdullayevlə Namiq Hümmətov Dubay və İstanbulu milyonları ilə “fəth edir”

Ramin Abdullayevlə Namiq Hümmətov Dubay və İstanbulu milyonları ilə “fəth edir”

Hər iki məmur xaricdəki mülklərinin sayını sürətlə artırmaqdadır
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin
İdarə Heyətinin sədri Ramin Abdullayev Dubay və İstanbulun “fəthini” uğurlar davam etdirir.
Azərbaycandan oğurladıqları külli iqdarda vəsaitlər hesabına xarici ölkələrdə, xüsusilə də
Birəşmiş Ərəb Əmirliyinin Dubay və Türkiyənin İstanbul şəhərlərində yeni mülklər və ictimai
iaşə obyektləri alan cütlük, xaricdəki biznes imperiyalarını sürətlə genişləndirməkdədir. Ramin
Abdullayevlə Namiq Hümmətovun xaricdə ev və obyekt almağa bunca marasq göstərməsinin isə
əsasən iki əbəbi mövcuddur.
Bunlardan birincisi, həmin mülklərin adıçəkilən məmurlara böyük vəsaitlər qazandırması ilə
bağlıdır. Kirayəyə verilən bu obyekt və evlər zəhmətsiz gəlir mənbəyi kimi hər iki məmurun
sərvətinə sərvət qatmaqda, onların milyonluq səltənətinin hüdudlarını genişləndirməkdədir.
İkinci və daha mühüm amil isə, Ramin Abdullayev və Namiq Hümmətovun xaricə daşıdıqları
pulları, habelə xaricdə aldıqları mülkləri daha toxunulmaz hesab etmələri ilə bağlıdır. Belə ki,
hər iki məmur hesab edir ki, xaricdəki mülk və pullar daha təhlükəsiz vəziyyətdədir və onların nə
vaxtsa Azərbaycan dövləti tərəfindən de-şifrə olunmaq, müsadirə edilmək ehtimalı yoxdur.
Çünki xaricdəki bu mülklərin mövcud durumu və gələcək aqibəti Azərbaycanın deyil, həmin
ölkələrin qanunları ilə tənzimlənir. Buna görə də onlar gəlir və sərvətləri ilə bağlı hansısa təftişə
məruz qalacaqları təqdirdə xaricdəki pul və mülklərini bu təftişdən yayındıra biləcəklərinə ümid
edirlər. Ramin Abdullayev və Namiq Hümmətov ikiliyinin Azərbaycanda qanunsuz yollarla əldə
etdikləri milyonları xaricə həvəslə daşımasının arxasında məhz bu amillər dayanır.
Azərbaycanın milyonlarını xaricə daşıyan, haram pullar ilə özlərinə xarici ölkələrdə krallara
layiq həyat quran Ramin Abdullayev və Namiq Hümmətovun yaxın çevərlərinə də bu yöndə təsir
etdikləri, onları da öz pullarını xaricə daşımaq, xaricə yatırım etməyə sövq etdikləri də bilinən
həqiqətlər sırasındadır. Görünən odur ki, Azərbaycanın çörəyini yedikləri halda Azərbaycanın
maraqlarına qənim kəsilən bu şəxslər dövlətin onlara etibar etdiyi vəzifəyə şəxsi maraqlarının
təmini vasitəsi kimi baxmaqdadır.
Gələn dəfə sizi sözügedən ikilinin Dubay və İstanbulda aldıqları yeni mülklərinin siyahısı,
onların dəqiq yeri və qiyməti ilə tanış edəcək, bir-birindən maraqlı faktlara toxunacağıq.