Veysəloğlu Şirkətlər Qrupunda Vergi yoxlamaları başlana bilər: Aydın Talıbov həbsin bir addımlığında
Talıbovun aqibəti bəllidir, Eldar Həsənov isə sonuncu əfv sərəncamına düşmədi və qazamatda ilk məhəbbəti haqqında kitab yazır... Və Veysəloğlunun gələcək talehi bəlli oldu.
Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri Aydın Talıbov bilməlidir ki, o elə bir adamlarla şərik olub ki, Aydın Talıbov qazandığı pullarla ancaq ölkəmizin əleyhinə çalışan ramiz mehdiyevlərin, vasif talıbovların, eldar həsənovların, dağıdıcılıq siyasətini müdafiə edib. İndi isə, Aydın Talıbov nə qədər çalışsa da özünə şərik tapa bilməyəcək. Çünki, Aydın Talıbov və onu puluna görə müdafiə edəcək şəxslərin hamısı gözəl bilir ki, yaxın zamanlarda Aydın Talıbovu Rasim Məmmədovun aqibəti gözləyir. Həmin məsələdə isə, heç bir vəzifəli şəxs istəməz ki, adı Ramiz Mehdiyevlə, Vasif Talıbovla, Eldar Həsənovla hallanan bir şəxslə şərik olsunlar. Onlar bilirlər ki, Aydın Talıbov da bir gün dəmir barmaqlıqlar arasına düşəndə, Rasim Məmmədov kimi vəzifəli şəxslərin adlarını çəkəcək. İndi Aydın Talıbov prorab düşüncəsilə hansı nəticəyə gələ bilər ki, o, yox dərəcəsindədir.
Veysəloğlu şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən bütün marketlər şəbəkəsində yoxlamalara başlanılsa milyardlarla yeyintilər üzə çıxacaq. Onu da nəzərə çatdıraq ki, Vergilər Nazirliyinin şirkətlərdə aparacağı yoxlamaların məhdudiyyət vaxtı bitib. Veysəloğlu Şirkətlər Qrupunda köklü yoxlamaların aparılmasına start verilməsinin vaxtıdır. Amma Veysəloğlu Şirkətlər Qrupundan əldə etdiyimiz məlumata görə, Aydın Talıbov bu yoxlamaları önləmək üçün, şirkətlər qrupuna başqa rəhbər, qrupda fəaliyyət göstərən şəbəkələrə isə, yeni rəhbərlər təyin edib.
Aydın Talıbov gələcəkdə baş verə biləcək yoxlamaların təhlükəsini hiss edir. O, elə bilir ki, hər şeyə prorab düşüncəsilə yanaşmaq olar. Amma o, anlamaq istəmir ki, onun düşündükləri Ramiz Mehdiyevin, Vasif Talıbovun, Eldar Həsənovun düşüncələrindən irəli gedə bilər. Hələ Aydın Talıbov bilmir ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti olanda onunla hansı iş birliyində olub. "MEH"-in satışından əldə olunan milyardlar kimə çatıb? Hətta Ramiz Mehdiyevin köməkliyi ilə elmi dərəcələrin kimlərə verilməsi Aydın Talıbovu daha çox narahat edəcək.
Veysəloğlu Şirkətlər Qrupu və onun rəhbəri Aydın Talıbov hal-hazırda tənəzzül dövrünü yaşayır.
Bu şirkətlər qrupu hazırda sürətlə dağılmağa gedir. Belə ki, "Araz” marketlərinin bəziləri sıradan çıxır, bəziləri kiməsə satılır, "OBA” marketləri bağlanmaq təhlükəsindədir... Aydın Talıbovun sonuncu ümid yeri deyəsən SPAR marketlərinə qalıb... Amma Aydın Talıbov bilməlidir ki, "Ulduz" şokolad fabriki ilə "SPAR" marketlər şəbəkəsini Ramiz Mehdiyev və Vasif Talıbov cütlüyünün köməkliyi ilə kimin əlindən alıb? Bu haqda növbəti yazımızda.
P.S. Xalqımıza vaxtı keçmiş məhsulları satanların ölüsünə, dirisinə, hər şeyinə lənət olsun./Gündəlik Bakı