"ARAZ supermarket"dən İYRƏNCLİK: Qurd basmış konfet satırlar (VİDEO)
"Araz Supermarket"dən alınan konfetin içərisindən qurd çıxıb.
32gun.az bildirir ki, bu barədə jurnalist Sevinc Xanqızı paylaşım edib.
"Evimizə yaxın olduğundan daha çox ordan alış-veriş edirik. 5-ci gün bunu alıblar. Yaxşı ki süfrəyə qoymamışdıq. Qonaqlar gedəndən sonra çay içməyə götürdüm, konfeti yedim, qurdu görəndə nə hala düşdüyümü yəqin təsəvvür edirsiniz.
Təəssüf edirəm. Elə diksindim ki...
Maddiyatı önəmli deyil, amma bir məhsul qurdlayıbsa yəqin ki təzə olduğuna görə deyil".
Bildirək ki, "ARAZ SUPERMARKET" MMC-nin İdarə heyətinin sədri Rəşad İbrahimovdur, nizamanmə kapitalı isə 7055020 AZN-dir.
06.01.2011-ci ildə dövlət qeydiyyatına alınan şikrətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mərdanov Qardaşları, ev 137-dir.
Xatırladaq ki "Araz supermarketlər əbəkəsi Veysəloğlu Şirkətlər Qrupuna daxildir. "Veysəloğlu" distribütor şirkətinin qurucuları Aydın Veysəloğlu, İlqar Talıbov və Bəxtiyar Allahverdidir.
"Veysəloğlu" Şirkətlər Qrupunun prezidenti Aydın Veysəl oğlu Talıbovdur.