Gündəm

İntiqam Məmmədov Bakını KÜÇƏ-KÜÇƏ SATIR... - ÖZBAŞINALIQ!

İntiqam Məmmədov Bakını KÜÇƏ-KÜÇƏ SATIR... - ÖZBAŞINALIQ!


Səkilər, köşklərin ətrafı, metro çıxışları sərin qazlı sular üçün nəzərdə tutulan soyuducularla zəbt edilir. Hətta bəzi səkilərdə yanaşı 3-4 soyuduucu qoyulmaqla yolu əhəmiyyətli dərəcədə daraldır.

Yay aylarında səkiləri “bəzəyən” belə soyuducuların, meyvə tərəvəz piştaxtalarını açıq havada, yol ortasına qoyulması halları durmadan artır.

XALQ.AZ-a narazı sakinlər bildirib ki, səkilərə qoyulan soyuducular mağaza qarşısında quraşdırlımış meyvə tərəvəz piştaxtları şəhərin gözəlliyinə xələl gətirir, gediş-gəlişi çətinləşdirir.
Bu hal təkcə kənar yerlərdə deyil Bakının əksər mərkəzi küçələrində yaşanır. Sakinlər tezliklə bu problemin aradan qaldırılmasını istəyir.

Küçə ticarətinə nəzarət Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamenti nəzarət edir. Göründüyü kimi departamentin rəhbəri İntiqam Məmmədovu razı sala biliblər.
İntiqam Məmmədov Bakını KÜÇƏ-KÜÇƏ SATIR... - ÖZBAŞINALIQ!
İntiqam Məmmədov Bakını KÜÇƏ-KÜÇƏ SATIR... - ÖZBAŞINALIQ!
İntiqam Məmmədov Bakını KÜÇƏ-KÜÇƏ SATIR... - ÖZBAŞINALIQ!
İntiqam Məmmədov Bakını KÜÇƏ-KÜÇƏ SATIR... - ÖZBAŞINALIQ!
İntiqam Məmmədov Bakını KÜÇƏ-KÜÇƏ SATIR... - ÖZBAŞINALIQ!

Dia-az.İnfo vurğulayır ki, bu gün ən acınacaqlı mənzərə başdan-başa alverxanaya çevrilmiş Yasamal rayonunda müşahidə olunmaqdadır. Hər halda, yerli KİV-də bu qəbildən olan məlumat bolluğu da dediklərimizin təsdiqi kimi qəbul edilə bilər.