Bakıda peyda olan saxta general vətəndaşlara külli miqdarda ziyan vurub - FOTO
Şəkildə gördüyünüz bu şəxs özünü genaral kimi təqdim edərək, bir çox adamların etibarından sui-istifadə etməklə , müxtəlif vədlər altında onlardan külli miqdarda pul alaraq, mənimsəyib. Bildirilir ki, onun vətəndaşlara vurduğu ziyanın həcmi 100 minlərlə ölçülür. Əsl adı Babazadə Elvin olan bu adam özünü “general Elmir Əmiraslanov” kimi təqdim edirmiş.
Zərərçəkənləri müxtəlif vədlər altında aldadıb. Bəzilərinə Müdafiə Nazirliyinə aid qurumların tender işlərində iştirak, digərlərini yaxşı vəzifəyə təyin etmək və başqa vədlərlə aldadaraq onların pulunu mənimsəyib. Ən maraqlısı budur ki, bu şəxs əksər görüşlərini general formasında keçirirmiş. Onun aldatdığı adamlar sırasında tanınmış simalar da az deyil. Qəribədir ki, bu adam xüsusi dələduzluq məharətilə kifayət qədər savadlı adamları belə general olduğuna inandıra bilib.
Azinforum.az bildirir ki, bu adam hətta Ali Hərbi Məktəbdə keçirilən və sözügedən təhsil müəsissəsinin rəhbərliyinin iştirakı olduğu tədbirdə belə iştirak edib. Fotodan görünür ki, ali və hörmətli qonaq kimi onu protokol üçün nəzərdə tutulan ön sırada əyləşdiriblər. Çox maraqlıdır, götürək ki, mülki adamlar bu dələduzun toruna düşə bilib, bəs ordumuz üçün gələcəyin zabitlərini hazırlayan Ali Hərbi Məktəbin rəhbərliyi nə əcəb bu adamın “general” olmasına inanıb?
Maraqlıdır, onlar belə bir adamı kursatların qarşısına çıxarmaqla, gələcək zabitlərə hansı örnəyi göstərmək istəyiblər? Əldə etdiyim məlumata görə, saxta general bir neçə gün bundan əvvəl DİN tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib. Hazırda bu adam barəsinfə həbs qətimkan tədbiri seçilib. Əlavə məlumat verəcəyik…
Azinforum.az