Gündəm

Harvard məzununun 16 milyonluq mənimsəmə işi... - İTTİHAM AĞIRLAŞDIRILDI

Harvard məzununun 16 milyonluq mənimsəmə işi... - İTTİHAM AĞIRLAŞDIRILDI


16 milyonluq mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”anun əldə etdiyi məlumata görə, 11 ay davam edən araşdırma bu günlərdə tamamlanıb.

R.İsayevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yanaşı, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib.

Məlumatı Ramin İsayevin vəkili Ceyhun Yusifov saytımıza təsdiqləyib.

C.Yusifov deyib ki, müvəkkili verilmiş ittihamlara münasibətdə özünü təqsirli bilmir. Hesab edirik ki, Ramin İsayev təqsirsizdir, müdafiə tərəfi də ittihamın əksinə toplanmış dəlil və sübutları məhkəmə istintaqı dövründə ortaya qoyulacaq. İş yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilən R.İsayev 2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, Harvard Universitetində təhsil alıb.