Ucar RPŞ-nin nümunəvi xidməti vətəndaş məmnunluğu ilə qarşılanır
“Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır ”
Ulu öndər Heydər Əliyev
Ucar RPŞ-nin rəisi polis polkovniki Valik Vəlimətov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır.Valik Vəlimətov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Ucar RPŞ-də həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Valik Vəlimətov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.
ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ucar RPŞ əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Elnur Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Elnur Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Elnur Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Narkomaniya ilə mübarizədə Ucar RPŞ-nin əməkdaşlarının operativlikləri iləa daim seçilirlər.Bunun sirri onun Ucar RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Biz korrupsiya.com redaksiyası olaraq, bütün görülən işlər, və polis əməkdaşlarının istənilən problemlərin opertativ şəkildə həllinə görə nazir cənab Vilayət Eyvazova və nazirliyin kollektivinə öz təşəkkürümüzü bildiririk!