Gündəm

Səhiyyə Nazirliyinin “Dent Star” stomotolji klinikasının varlığından xəbəri var? - ŞİKAYƏT

Səhiyyə Nazirliyinin “Dent Star” stomotolji klinikasının varlığından xəbəri var? - ŞİKAYƏT

“Azərbaycan Reallığı” informasiya agentliyinə şikayət edən vətəndaş bildirir ki, yasamal rayonu ərazisində yerləşən “Dent Star” klinikasına diş rentgeninin çəkilməsi üçün müraciət etdim.

Girişdə posiyentləri qarşılayan gülərüzsüz reseption xanımlar sanki, bu klinikada məcburi əməyə məcbur edilmiş formada işləyirlər.

Vətəndaş iddia edərək redaksiyamıza bildirib ki, posiyentlərlə kobud şəkildə danışan reseptionda əyləşən adını bilmədiyi işçi mənim ödəniş edərək çəkdirdiyim rentgenin verilməsini onnan tələb etsəmdə, lakin protokol qaydalarından və, müraciət formasından kənar olaraq adım ilə çağırıraq, sanki məni illərlə tanıyır görüntüsü yaradaraq, retgenin cavabını verməkdən imtina etdi.

Onun bu kobudluğunu anında bildirsəmdə, “Burda mənəm, Bağdadda kor xəlifə” məsəlini nəzəri olaraq mənə xatırlatmağa müvəffəq oldu.

Mən dərhal rəhbərliyin qəbuluna gedib burdakı özbaşınalıqları nəzərinə çatdırmaq istəsəmdə, işçilər buranın yiyəsiz olduğunu rəhbərliyin olmaması obrazını bir anlıq yaratdılar.

Ümumiyyətlə bu klinikanın personalının, posiyentlərə keyfiyyətsiz xidmət üslubunu ictimailləşdirmək və cəmiyyətin nəzərinə çatdırmağı vətəndaş məsuliyyəti bildim.

Vətəndaş redaksiyamıza bildirdi ki, rentgen üçün ödədiyim ödənişi məndən aldıqdan sonra rentgenim çəkilsədə cavabı mənə verilmədi.

Bizdə növbəmizdə mediamız vasitəsi ilə, “Dent Star” stomotolji klinikanın rəhbərliyinə saytımız vasitəsi ilə belə bir sual vermək istəyirik.

Sual 1: Hörmətli “Dent Star” klinikasının rəhbərliyi sizin el dilində desək “Hozu” personalınızdan həqiqətənmi xəbəriniz yoxdur? yoxsa…….

Xatırladaq ki, hozu sözü azərbaycan lügətində mənası kobudluq etmək anlamını verir.

“Korrupsiya.az” informasiya agentliyi olaraq Səhiyyə Nazirliyinin media vasitəsi ilə vətəndaşın şikayətini, və klinikada olan özbaşınalıqları nəzərinə çatdırırıq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Mövzunu diqqətimizdə saxlayacağıq