Gündəm

Azad edilən ərazilərə din xadimləri təyin ediləcək

Azad edilən ərazilərə din xadimləri təyin ediləcək

Azad olunan ərazilərdəki məscidlər, dini abidələr bərpa olunur.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondu bu istiqamətdə geniş işlər görür. Bu yaxınlarda Şuşanın Yuxarı Gövhər Ağa məscidinə imam təyin edilib. Digər məscidlərdə də təmir işləri başa çatdıqdan sonra müvafiq qurumların müraciəti əsasında müsahibədən keçmək şərtilə din xadimlərinin təyinatı həyata keçiriləcək”.