Gündəm

Camal Rəşidin Azərbaycana səfəri başa çatdı

Camal Rəşidin Azərbaycana səfəri başa çatdı

İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İraq Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola salıblar.