Sürücülərin nəzərinə: Bakı-Quba yolunda tikinti aparılacaq
Oktyabrın 30-da M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci kilometrlik hissəsində yerüstü piyada keçidinin tikintisi aparılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən həmin hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.