Gündəm

İrəvanda vəziyyət gərginləşir - YENİLƏNİB

İrəvanda vəziyyət gərginləşir - YENİLƏNİB


İrəvanda vəziyyət getdikcə gərginləşir. Əsas hökumət binasının yanına böyük polis qüvvəsi gətirilir. Qarabağda məlum hadisələrdən sonra vətəndaşlar yenidən hökumətin əsas binası yaxınlığında toplaşır.

Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

***10:24

“Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan İrəvanda, Nazirlər Kabinetinin binası yaxınlığında, Respublika meydanında Qarabağdakı seperatçı qüvvələrə dəstək və ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə yeni etiraz aksiyası keçirir.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

O, yerli əhaliyə müraciətdində bildirib ki, Paşinyan Qarabağdan imtina edib. Onun fikrincə, mövcud vəziyyət baş nazirin siyasətinin nəticəsidir.