Gündəm

Qarabağa erməniləri Putin qaytarıb... indi Fransa sahiblənir... - GƏLİŞMƏ

Qarabağa erməniləri Putin qaytarıb... indi Fransa sahiblənir... - GƏLİŞMƏ


“Keçmiş prezident Araik Arutyunyan haqda həddən artıq yalanlar yayılırdı və onun hakimiyyətdən guya xalqın fikrini nəzərə alaraq getməsi ehtimalı azdır. Çox güman ki, ruslar Araikəin Fransaya son reveranslarını (Xankəndiə yardım gətirmiş və Azərbaycanla sərhəddə dayanmağa məcbir olmuş Paris meri ilə birgə onlayn mətbuat konfransı keçirməsi-S.L.) bağışlamadılar və ona getməyi əmr etdilər. Putin üçün Artsaxın(Qarabağdakı hayların yeganə xilaskarı olması çox vacibdir, ona görə də o, fransızları qısqandı.”

Moderator.az xəbər verir ki, bu, Xankəndində yaşayan erməni bloger David Simonyanın “Kavkazskiy uzel” nəşrində dərc edilmiş növbəti yazısındandır.
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşdırılmış hayların müəyyən hissəsinin son olaylarla bağlı düşüncələrini əks etdirən yazıda Rusiya prezidenti V.Putindən də bəhs edilir.

“Mən yeni prezident(Araikin yerinə “seçki” ilə təyin olunmuş Samvel Şahramanyan-S.L.) haqqında yaxşı heç nə eşitməmişəm, lakin onun keçmiş hökumətdən yeganə namizəd olması artıq onu deməyə əsas verir ki, yaxşı heç nə gözləməyə dəyməz... Çoxları baş verənlərin mahiyyətini anlamır, söhbət çörəkdən getmir, əhali arasında aclıqdan tükənmə son dərəcə kəskindir da, hər gün növbələrdə olan biri huşunu itirir. Amma fakt budur ki, biz Azərbaycan vətəndaşı olmağa razı deyilik. Bu, Artsaxda yaşamaq üçün məcburi şərtdirsə, bizim üçün bütöv bir xalq olaraq getməyimiz daha yaxşıdır, heç olmasa sağ qalacağıq. 44 günlük müharibədən sonra xalq(yəni haylar-S.L.) ancaq ona görə qayıtdı ki, Putin söz verdi: “Siz öz torpağınızda ləyaqətlə yaşayacaqsınız”, amma o da vədinə əməl etmədi. Əksinə, humanitar yüklərin Ağdamdan bizə keçirilməsinə cəhdinə baxsaq, bu o deməkdir ki, Rusiya lideri düşmənlərimizlə bir yerdədir.”