“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.
“Report” xəbər verir ki, bu gün məntəqədən BQXK-yə məxsus 9 nəqliyyat vasitələri keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 25-ə yaxın şəxs olub. Həmin şəxslər arasında BQXK əməkdaşları ilə yanaşı, mülki vətəndaşlar da var.
Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.