Ağdam sakini narazılıq edir.. - GİLEY
Ağdam rayon sakini, 1-ci qrup əlil Gülmura Çərkəzli bildirir ki, onun şəxsiyyət vəsiqəsi saxtalaşdırılıb. DİA.AZ-ın məlumatına görə, o, bununla bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də, onun işinə obyektiv baxilmayıb.
Onun sözlərinə görə üzün sürən müraciətlər nəticəsiz qaldığından Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - Şöbə müdiri Fuad Ələsgərovun qəbuluna düşmək istəsə də, onun qəbula yazılmasına şərait yaradılmayıb.
Vətəndaş ölkə başçısı İlham Əliyevə və birinci vitse prezident Mehriban Əliyevaya müraciət edərək onu və anasını qəbul etməsini xahiş edir.