Gündəm

Diqqətdən kənar küçə, abadlığı yerlə sürünən park-ŞİKAYƏT VAR

Diqqətdən kənar küçə, abadlığı yerlə sürünən park-ŞİKAYƏT VAR

ATATV. AZ saytı xəbər verir ki, Əcəmi metro stansiyasının on metrliyində, Cavadxan küçəsinə çıxış hissəsində yaşayan bina sakinləri həyət və küçənin bərbad vəziyyətdə olmasından şikayətçidir. Sakinlər deyir ki, binanın həyəti və ərazidəki küçənin real durumu qənaətbəxş deyil. Nə yayda, nə də qışda illərdir ki, bu, boz, baxımsız mənzərə yaxşılığa doğru dəyişmir ki, dəyişmir.

Müşahidə zamanı gördüklərimizə və sakinlərin bildirdiyinə görə binanın parkında otuza yaxın ağac saralıb solur, abad həyətdən əsər- əlamət yoxdur desək yanılmarıq. Köhnə, uçuq-sökük taxta oturacaqlar, yaşıllıqdan məhrum tozlu torpaq örtüyü, zibillik dolu istifadəsiz bulaq onları narahat edən problemlərdir. Bu cür parkda insanlar ən çox yayda əziyyət çəkir.

Beşmərtəbəli binanın onlarla sakini bildirir ki, isti hava şəraitində sərinlik üçün sökük oturacaqda əyləşən sakinlər nəinki dincəlir, əksinə ərazinin çoxsaylı problemlərindən boğaza yığılır, əsəb xəstəsi olur. 54 nömrəli tam orta məktəbə açılan darısqal küçədə isə nəqliyyatın hərəkəti olduqca çətindir. Küçənin kənarından isə zibil dolu kisələr əskik olmur, isti yayda kisələrin üfunət iyi ətrafa yayılır.

"Abad həyətdə abadlıq yoxdur, bərbadlıq var. Zibilləri yolun kənarına gətirib qoyublar. Yol çox darısqaldır. Dəfələrlə əyləşirik, toplaşırıq burda, inan adam əsəbdən boğulur, səs- küy, yol kənarı irili - xırdalı ticarət obyektləri, çayxana adı altında masaj salonları, diskotekalar var. Bir neçə dəfə millət bu səs-küyə, qeyri - etik vəziyyətə etiraz etmişik xeyri yoxdur, gəlib yığışdırdılar yenə gəlib tökülüşdülər. Məktəb var burda. Düz bu yol məktəbə gedən yolun üstüdür. Darısqaldır yol. Genişlənməlidir. Məktəb açılacaq, nəqliyyat çoxalacaq, sıxlıq olacaq. Həyətə, parka baxılmalıdır. Səliqə, abadlıq yaradılmalıdır. Aidiyyəti qurumlar diqqət etmir, müraciətə baxmır. Hansı ki, hər dəfə müraciət edirik, qulaqardına vururlar"

Qarşı tərəfdən isə mövqe öyrənmək mümkün olmadı. Ancaq jurnalistika prinsiplərini qoruyaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Günel Sabirqızı - AZADTV - nin xüsusi muxbiri

Rəsafil Bayramov
ATATV. AZ, AZADTV və MİLLİMƏCLİSTV saytlarının, İctimai Xəbər Agentliyi MMC-nin təsisçisi, baş redaktoru