Gündəm

“Prava”sız maşın sürən deputatın qızının ölkədən getmə səbəbi bilindi- Ərindən boşanıb və…

“Prava”sız maşın sürən deputatın qızının ölkədən getmə səbəbi bilindi- Ərindən boşanıb və…

Bir müddət öncə Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı Mədinə Şahbazovanın da Amerikaya köçməsi gündəmə gəlmişdi.


AMİA.az-a deputatın yaxın ətrafından daxil olan məlumata görə, deputatın qızı boşandığı və eks-əri ilə aralarındakı problemə görə belə bir addım atılb. Mədinə xanım atası millət vəkili Məşhur Məmmədovun da həm məsləhəti, həm də maddi dəstəyi sayəsində Nyu -Yorkda yaşamağa başlayıb. Təbii ki, bu köç onu işsiz qoymayıb. Mədinə Şahbazova rəhbəri olduğu Masallı şəhər 1 saylı Uşaq bağçasının səlahiyyətlərini bacısı Məna Şahbazovaya yönləndirib.

Saytımıza verilən məlumatda iddia olunur ki, hazırda o qardaşı Məmməd Şahbazovun qurduğu şirkətlərdən birində rəhbər postdadır.

Bildirək ki, deputatın övladları babalarının (Məşhur Məmmədovun atası Şahbaz Məmmədovun) adını soyad olaraq qəbul ediblər.

“Prava”sız maşın sürən deputatın qızının ölkədən getmə səbəbi bilindi- Ərindən boşanıb və…


“Prava”sız maşın sürən deputatın qızının ölkədən getmə səbəbi bilindi- Ərindən boşanıb və…


Xatırladaq ki, Məşhur araşdırmaçı-jurnalist Cavanşir Həsənli "Embawood' şirkətinin həmtəsisçisi Məşhur Məmmədov haqda şok faktlar ortaya qoymuşdu. Belə ki, C.Həsənli YAP-ın deputatlığa namizədi olan Məşhur müəllimin gizlin əməllərini bu fikirlərlə məşhurlaşdırıb:

"YAP-ın deputatlığa namizədi, "Embawood' şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir.

“Prava”sız maşın sürən deputatın qızının ölkədən getmə səbəbi bilindi- Ərindən boşanıb və…

“Prava”sız maşın sürən deputatın qızının ölkədən getmə səbəbi bilindi- Ərindən boşanıb və…

Xatırladım ki, Masallıdan olan məşhur işadamı iki il əvvəl Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee ünvanında villa alıb və bunun üçün 1 140 000.00 dollar ödəyib".

Bundan əlavə C.Həsənlinin bildirdiyinə görə, ötən ilin mayında mətbuatda gedən məlumatlara görə, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb.

“Prava”sız maşın sürən deputatın qızının ölkədən getmə səbəbi bilindi- Ərindən boşanıb və…


Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.

Əlavə olaraq onu bildirim ki, Milli Məclisin deputatı Məşhur Məmmədov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılması ilə gündəm olmuşdu. Xəbərdə bildirilirdi ki, deputatın avtomobilinin saxlanılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, DYP əməkdaşları reyd zamanı deputatın idarə etdiyi avtomobili saxlayır və Məşhur Məmmədovun sürücülük vəsiqəsinin olmadığı bəlli olur. Deputat yol polisi əməkdaşına hazırda sürücülük vəsiqəsinin özündə olmadığını, lakin qısa zamanda oğlunun gətirə biləcəyini bildirir.

Lakin DYP əməkdaşı “gecənin bu vaxtı sizin oğlunuzu gözləməliyikmi?” deyərək, millət vəkilinə etiraz edib.

Görüntülərdə deputatı müşayiət edən bir şəxsin polislə kobud, əl-qol hərəkətləri ilə danışdığı, tabesizlik göstərməyə cəhd göstərdiyi görünür. Həmin şəxs polisin ona “vətəndaş” deyə müraciətinə “mən sənin üçün vətəndaş deyiləm, bağırma” – deyə reaksiya verib.



Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.

Nicat Ocaqlı (Amia.az)