Gündəm

ADBTİA-na generatorlar və kompressorlar satılan şirkətdən idman malları alınır - 31 min manatlıq müqavilə

ADBTİA-na generatorlar və kompressorlar satılan şirkətdən idman malları alınır - 31 min manatlıq müqavilə


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) "İdman malların satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "TEXNOPARK AS" MMC olub. Tərəflər arasında 30.874,09 AZN-lik müqavilə imzalanıb.

Tenderə görə, ali təhsil ocağına "Turist çadırları, yataq çantaları, Turis primusu, Dağ ayaqqabısı altı qarmaq, Alpinist kəməri və s." alınacaq.

Bildirək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyas ilə "TEXNOPARK AS" MMC arasında ilk tender ankaması deyil. Tərəflər arasında 4-cü tədəfə tender müqaviləsinə imza atılır.

Nizamnamə kapitalı 5 AZN olan"TEXNOPARK AS" MMC-nin qanuni təmsilçisi AYXAN GÜLMƏMMƏDOV ŞAKİR OĞLUdur.

Adıçəkilən şirkətin rəsmi saytında "şirkətimiz dizel generator dəstləri, işıq qüllələri, benzin generatorları, dizel və elektrikli kompressorlar təklif edir" sözləri qeyd edilmişdir.

Hətta ADBTİA ilə "TEXNOPARK AS" MMC arasında Qazanxana və kondisionerlərə ehtiyat hissələrinin satınalması anlaması tender həyata keçirilib.

Xatırladaq ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.