Gündəm

Yol polisləri səhhəti pisləşən sürücünün köməyinə gəldi

Yol polisləri səhhəti pisləşən sürücünün köməyinə gəldi
Korrupsiya.com-un məlumatına görə, Göyçay sakini Nuriyev Məharət Ucar rayonu ərazisində avtomobil idarə edərkən yolda səhhətində problem yaranıb və avtomobili yolun kənarında saxlayıb.

"Yolda gələndə vəziyyətim pisləşmişdi. Bu zaman 99 YP 617 dövlət nömrə nişanlı patrul avtomobilləri ilə ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşı Fərzəliyev Rəşad avtomobildə köməksiz vəziyyətdə qaldığımı görüb, maşına yaxınlaşdı. Vəziyyətimin ağır olduğunu gördü. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin əməkdaşı dərhal yaxınlıqdakı aptekdən mənim üçün dərman aldı, yarım saatdan sonra özümə gəldim. Daha sonra mənim maşınımı digər polis əməkdaşı sürərək evimə gətirdi. Mənim vəziyyətim çox pis idi. Özümü çox pis hiss edirdim, özümdə deyildim. Çox sağ olsun o polislər. Saxlamasaydılar, vəziyyətim çox ağır ola bilərdi".

Mənim köməyə ehtiyacım olan vaxtda mənə göstərdiyi diqqətə və köməyə görə Polis əməkdaşı Rəşad Fərzəliyevə təşəkkürümü bildirirəm. Bilmirəm, mənə elə gəlir ki, belə xeyirxahlıqları təbliğ etmək, onlar barədə demək, danışmaq lazımdır. Axı yaxşılıq da pislik kimidir, haqqında nə qədər çox danışarsan bir o qədər artar. Həm də Rəşada dərin təşəkkür borcumu ən azından bu cür ödəmək istədim.

Amma minnətdarlığım bununla bitmir. Çünki bu gün mənə yardım edən gənc DYP əməkdaşı tək deyil və o, böyük bir dövlət qurumunun minlərlə əməkdaşından biridir. Buna görə də mən ilk növbədə 2019-cu ildən həmin quruma, Daxili İşlər Nazirliyinə uğurla rəhbərlik edən cənab general-polkovnik Vilayət Eyvazova, eləcə də DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova belə bir şəxsi heyət formalaşdırdıqlarına görə dərin minnətdarlığımı bildirirəm.

Çox sağ olun, hər birinizə bu çətin və məsuliyyətli, eyni zamanda da şərəfli işinizdə böyük uğurlar diləyirəm.