Gündəm

Aydın Talıbovun Vasif Talıbovla şərik olduğu “Araz” marketləri Bakıda yolları zəbt edib..... - Görəsən, Təhsil Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti niyə səsini çıxartmır..?

Aydın Talıbovun Vasif Talıbovla şərik olduğu “Araz” marketləri Bakıda yolları zəbt edib..... - Görəsən, Təhsil Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti niyə səsini çıxartmır..?


“Veysəloğlu” şirkətlər qrupunun sahibi, Veysəl müəllimin oğlu, Aydın Talıbovdan yazmaq istəyərkən bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Son 30 ildə vağzalda siqaret, saqqız satanlar, pal-paltar alveri edənlər sonradan milyonçuya çevrildilər, hətta böyük şirkət sahibləri oldular. Dünyanın heç bir yerində belə bir hal yoxdur. Heç iqtisadiyyat, biznes elmi də belə sürətli inkişaf görməyib.
Məsələnin məğzi odur ki, ölkənin iri oliqarx məmurları həmin vağzalda, yaxud bazarda alver edən xırda tacirlərin adına öz böyük bizneslərini “oformit” elədilər.
Bəli, məsələnin görünməyən tərəfi budur. Yoxsa, Aydın Talıbov kimdir ki, bir neçə böyük marketlər şəbəkəsinə sahib ola, 10 mindən çox işçisi ola və s. Bütün bunların arxasında dayanan şəxs Naxçıvanın sabiq şefi Vasif Talıbov olub. Bu gün sadəcə, həmin şirkətləri sənəd üzərində Aydın Talıbov idarə edir və orda bəlli paya şərikdir.
Biz Aydın Talıbova məxsus “Veysəloğlu” şirkətinin “Araz”, yaxud “Oba” marketlərində satılan kiflənmiş pendirdən, yaxud içindən qayka, bolt, mismar, mıx çıxan tumundan, xurmasından uzun-uzadı bəhs etmək istəmirik. Biz Əmək Müfəttişliyinin “Veysəloğlu” şirkətini külli miqdarda cərimə etməsindən, hətta xaricdən dəvət etdiyi əcnəbi revizorlara 20-30 min manat maaş, bizim millətin nümayəndələrinə isə 300-400 manat...verməyindən yazmırıq.
Biz sənə sadəcə, yazırıq ki, adam, vətəndaşların yolunu kəsmə. Bu qədər sadə və bəsit... Sən isə yol kəsməkdə davam edirsən... Aydın Talıbov, sən bilmirsən ki, bizim milli-mənəvi dəyərlərdə yol kəsmək ən axırıncı əməl sayılır..?
Sənə tərbiyə verən müəllimlərin bunu sənə başa salmayıb..?
Lap milli-mənəvi dəyərləri, mentaliteti-zadı qoyaq bir kənara. Sənin nə ixtiyarın var ki, AzərAvtoyol Dövlət Xidmətinin dövlətin milyonları hesabına saldığı yolu zəbt edirsən..?
Yasamal rayonu Nazim Hikmət küçəsindəki yolu öz “Araz” marketinlə niyə zəbt etmisən...?
Bunu sənə Vasif Talıbov..? Ki, vətəndaşları dövlətdən narazı sal..?
Aydın Talıbov, zəbt elədiyin yoldan nəinki avtomobillər, heç yazıq piyadalar keçə bilmir ee... Bu hələ harasıdır..?
Zəbt etdiyin yolun yanında 21 saylı tam orta məktəb faəliyyət göstərir. Dərsdən çıxan şagirdlər yola basdırdığın dəmir pazlara keçib xəsarət alsa, nə cavab verəcəksən..?
Biz bu yazını yazmaqla Elm və Təhsil Nazirliyinin, Azəravtoyol rəhbərliyini, Yasamal Rayon İcra hakimiyyətini və başqa qurumları səslərini qaldırmağa çağırırıq. Axı, Aydın Talıbova nə qədər demək olar ki, marketlərini yerləşdirmək üçün vətəndaşların yolunu kəsmə, vallah bir gün sənin kəndirini kəsib, sənin quyudan çıxardığın suları sənə haram edəcəklər. Hər şeyi bir kənara qoysaq, bəs görəsən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırdığı məsələnin axırı nə oldu..?
Görürsünüzmü, məsələ təkcə bir-iki nazirliklə, icra orqanı ilə yekunlaşmır ee...
Ona görə də biz bir media olaraq, haray salırıq, car çəkirik ki, bizim yollarımızı, Vasif Talıbovun şəriki, Veysəl müəllimin oğlu, Aydın Talıbovun əsarətindən azad edin.
Cənablar, axı Yasamal rayonunda AZ 1100 Bakı şəhəri Mirəli Seyidov ev 23, obyektin kodu 1001994141-13019, vergi ödəyicisinin adı "Araz" Supermarket Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN 1001994141 ünvanda yerləşən "Araz" marketi "Müxalifət" partiyasının ofisində yerləşir. Bilmirəm "Araz" marketi "Müxalifət" partiyasını maliyyələşdirir və ya...
Amma deyəsən birazdan sonra bu məsələ araşdırılanda Aydın Talıbov deyəcək ki, Vasif Talıbov dedi, mən də elədim.
"Buyurun" bu ünvanda, yəni Bakı şəhəri, Yasamal rayonu Mirəli Seyidov küçəsi, ev 23-də yerləşən "Araz" market ağacları kəsir, səkini zəbt edir, avtomobil yolunu, piyada yolunu kəsərək, xalqı düşünmədən öz biznesini genişləndirir. Axı, cavabdeh şəxslər Azərbaycan Respublikasında hər bir vətəndaşın hüquqlarının konstitusiya yolu ilə qorunduğunu bilirlər və bilə-bilə də onların hüquqlarını pozurlar. Nə etməli? Bu sualın cavabı sakinlər tərəfindən, ölkə başçısına müraciətdə öz əksini tapır.