Prezidentin tapşırığı ilə Türkiyəyə yola düşən Azərbaycanın xilasetmə qrupu ünvana çatıb.
Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərindən ibarət bir qrup əməkdaşı Adanaya çatıb.
“Report”un Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, FHN əməkdaşlarını daşıyan təyyarə Şakirpaşa Hava Limanına eniş edib.
13:11
Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Beynəlxalq Hava Limanından yola düşüb.
Axın.az Korrupsiya.com-a itinadən bildirir ki, məlumatına görə, bunu jurnalistlərə açıqlamasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Etibar İsmayılov bildirib.
O qeyd edib ki, 370 nəfər şəxs xüsusi xilasetmə avadanlıqları ilə təchiz olunaraq qardaş ölkəyə yollanıb:
“Xilasetmə ilə bağlı yenidən heyətin göndərilməsi gözlənilir. Şəxsi heyətin hansı ərazilərdə axtarış aparması Türkiyədə bilinəcək”.
Etibar İsmayılov əlavə edib ki, xüsusi təlim keçmiş səkkiz it də əraziyə aparılır.
11:54
Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşməsi üçün Beynəlxalq Hava Limanına toplaşıb.
Korrupsiya.com-ın məlumatına görə, şəxsi heyət yaxın saatlarda Türkiyənin zəlzələ baş verən zonasına yollanacaq.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.
PhotoStock.az-ın Beynəlxalq Hava Limanından hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock
İlhamə Əbülfət