General-leytenant Oruc Zalov təqaüdə göndərildi - ÖZƏL
Daxili işlər nazirinin müavini təqaüdə göndərilib.
Korrupsiya.com-ın əldə etdiyi məlumata görə, nazir müavini, polis general-leytenantı Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, O.Zalov 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.
Xatırladaq ki, 2022-ci il dekabrın 8-də ölkə başçısının sərəncamı ilə, Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.