Gündəm

SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyevin milyonluq sərvəti

SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyevin milyonluq sərvəti


Rövşən Nəcəfin aylıq maaşını yox,SOCAR-ın Təchizat İdarəsinin rəis müavini Fuad Həziyevin milyonluq sərvətini haradan və hansı yolla əldə etdiyini, müzakirə etmək lazımdır. Mətbuatda nəzər salsaq görəcəyik ki, Fuad Həziyevin “MACON” MMC, “CREATE İNDUSTRY” MMC, “FİRE SAFETY CASPİAN AZERBAİJAN” MMC, “AZBEN İNŞAAT” MMC, “AZBENT LOGISTICS” MMC, “ASTRAVEL” MMC, “Ələsgərli N. F” və sair ayrı-ayrı şəxslərin adlarına olan çoxsaylı şirkətləri olması barədə kifayət qədər yazılar dərc olunur.Həmçinin Həyat yoldaşı Aytən Telman qızı Əzizovanın adına olan Kürdmaşı şərab zavodu və bundan başqa “Baku-Spirits” spirtli içkilər istehsal edən müəssisəsi var.Həmən zavod ,ABSOLUTE ORGANIC, ORGANIC NATION, HAYAT VODKA, BLACK SCORPION, BUSINESS LINE, ABSOLUTE VODKA, ABSOLUTE CLASSIC, ВАКЦИНА, ЗЕРО çeşidli araq məhsulları istehsal edir.Burada sual yaranır ki,bu adamın bu qədər sərvəti haradan yaranıb?DTX, Korrupsiyaya qarşı mübarizə idarəsi, bu adamın bu qədər sərvəti haradan əldə etdiyini bilirmi? Əgər bilirsə niyə tədbir görülmür? Maraqlıdır,Rövşən Nəcəf niyə bu idarə rəisi haqqında tədbir görmür?

Jurnalist Bəhruz Əliyev