Bakı və Yerevanın münasibətlərin normallaşması istiqamətində irəliləmək imkanı var - ABŞ Dövlət Departamenti
Azərbaycan və Ermənistanın hazırda münasibətlərin normallaşması prosesində irəliləmək imkanı var.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid xarici jurnalistlər üçün keçirilən brifinq zamanı deyib.
"Mən hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyiş imkanının olduğuna dair həqiqi ümid var", - deyə K.Donfrid bildirib.
"Düşünürəm ki, biz hər iki ölkənin mühüm addımlar atdığını gördük. ABŞ bunu çox təşviq edir", - deyə dövlət katibinin köməkçisi əlavə edib.