Gündəm

"44 günə işğalçılara qalib gəldik, 344 aydır AZAL-a yox" - İqtisadçı

"44 günə işğalçılara qalib gəldik, 344 aydır AZAL-a yox" - İqtisadçı "İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən. Söhbət analoqu olmayan AZAL-dan gedir".
Bunu iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərərlə başa vurub, halbuki 2020-ci ildə AZAL hökumətdən COVID-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya alıb:
"Bundan başqa, AZAL-ın 2,2 milyard manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur. Bu vəsaiti AZAL heç qaytarmayacaq, bir müddət sonra borclar silinəcək. Bunun bir adı var - oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik".