Gündəm

Direktor işdən çıxdı..: TƏRPƏNİŞ OLACAQMI? - İDDİA

Direktor işdən çıxdı..: TƏRPƏNİŞ OLACAQMI? - İDDİA


Gundem.media faktinfo.az-a istinadən xəbər verir ki,“AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru Yusif Nağıyev vəzifəsindən azad olunub.
Qeyd edək ki, Yusif Nağıyev Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru vəzifəsinə təyin olunarkən,orada çalışan insanlarda, həm də bu müəssisə ilə əməkdaşlıq edən bir çox qurum və təşkilatlarda yeni bir canlanmaya dair hansısa gözləntilər yaranmışdı. Lakin həmin təyinatdan illər keçdikcə “AzərİnşaatLayihə”də işlər, necə deyərlər, maili müstəvidə “üzü aşağı” getməyə başladı.İllərlə orada çalışan işçilər öz hesablarına evlərində oturdular,institut əsl gücü ilə işləyə bilmədi.Orada yaranan narazılıqlar barədə dəfələrlə faktinfo.az saytına məlumatlar göndərildi.Hazırda “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru vəzifəsinə Səxavət Əsədov təyin edilib.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin tabeliyində yaradılmış Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyi özündə bir neçə institut və mərkəz birləşdirir ki, onların da fəaliyyəti ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edib, bu siyasətin həyata keçirilməsini təmin etməkdən və həmin sahədə dövlət nəzarətini həyata keçirməkdən ibarətdir. Ağentliyin tabeli qurumlarından biri də “AzərİnşaatLayihə” Dövlət Baş Layihə İnstitutudur ki, ölkə ərazisində tikilməkdə olan bina və qurğuların layihələndirilməsini həyata keçirir, tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodik-normativ sənəd və tövsiyələr verir.