Gündəm

Vilayət Eyvazov onu şöbə rəisi TƏYİN ETDİ

Vilayət Eyvazov onu şöbə rəisi TƏYİN ETDİ

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinə yeni rəis təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Hikmət Quliyev təyinat alıb.

O, bu təyinatadək Baş İctimai Təhlükəsizlik İdarəsində çalışıb.