" Işgəncə verilib, karserə salıblar kimi iddiaların sonu necə oldu? "
AĞ PARTİYANIN ÜZVÜ,HÜQUQ MÜDAFİƏÇİSİ RAUF SULTANOV -" Işgəncə verilib, karserə salıblar kimi iddiaların sonu necə oldu? "
" Tovuz İşi "adı ilə həbs olunaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir neçə şəxsin ailə üzvləri Bakı İstintaq Təcridxanasında etiraz edərək bildirirdilər ki, guya övladları təcridxanada karserə salınıb və əl qolları bağlanılıb.
Hüquq müdafiəçisi olaraq bu işin müstəqil araşdırılmasını özümə borc bildim. Beləliklə, apardığım qısa araşdırma nəticəsində müəyyən etdim ki, əslində heç həmin şəxslər karserə belə salınmayıblar. Sadəcə olaraq, təcridxana rəhbərliyi qanunun tələbindən çıxış edərək bildirib ki, əgər aclıq aksiyasi keçirəcəksinizsə, o zaman digər saxlanılan şəxslərdən təcrid olunacaqsınız.
Bundan başqa, iddia edirdilər ki, guya saxlanılan şəxslərin əl qollarını qandalla bağlayıblar.
Bu gün isə hər bir xüsusat açıq aydın bəlli oldu. Sizcə necə?
Deməli, həmin valideynlərə təcridxana rəisi Elnur İsmayılov tərəfindən övladları ilə görüşləri təmin edilmişdir. Görüş zamanı valideynlər özləri övladlarının bədən nahiyyələrində heç bir xəsarətin olmadığına şahid olublar.
Bu məqamda belə bir haqlı sual yaranır ki, dünən ki hay küy kimə lazım idi? Kimlərin sifarişi idi?
Əgər dedikləri doğru idisə, niyə bu gün mediaya fikirlərini bildirmirlər?
Buradan bir daha görünür ki, dünən səsləndirilən iddialar əsassız imiş.
Təəssüfləndirici hal ondan ibarətdir ki, bəzi media orqanları məlumatın dəqiq olub olmadığını bilmədən bu cür həssas xəbərləri yayırlar. Cəmiyyətdə yanlış fikirlər formalaşdırmaq və vəzifəli şəxsin nüfuzunu aşağı salmaq kimlərin mənafeyinə xidmət edir? Təbii ki, Ədalətin bərqərar olmasını istəməyənlərə !!!
Birdaha şahidi olduq ki, hay küy salan vətəndaş bu gün işin əsl həqiqətini gördükdən sonra susur.Əcəba görəsən niyə?