Deputat dövlətə borcunu niyə ödəmir? - FOTOFAKT

Fakt
19 Eyl 2022
10:43
Deputat dövlətə borcunu niyə ödəmir? - FOTOFAKT


"Kristal Abşeron" QSC-nin dövlətə külli miqdarda borcu yaranıb.

Gundem.meida bildirir ki, 32gun.az-ın məlumatına görə, Abşeron rayonu, Xırdalan şəhərində Tikinti Quraşdırma İdarəsinin binasında yerləşən QSC-nin dövlət büdcəsinə 265 min manatdan çox (265052.57 AZN) vergi borcu yaranıb.

Bildirək ki, "Kristal Abşeron" QSC 12.11.2008 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon AZN olan şirkətin qanuni təmsilçisi İbrahim Dostumaliyev Cəfər Oğludur.

Xatırladaq ki, mətbuatda gedən məlumata görə, Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan "Kristal Abşeron" tikinti şirkəti də deputat Ağalar Vəliyevə məxsusdur.

Deputat dövlətə borcunu niyə ödəmir? - FOTOFAKT