Dünya

Peskov: Bu, Zelenskinin ölümcül səhvidir

Peskov: Bu, Zelenskinin ölümcül səhvidir


Vladimir Zelenskinin “Rusiyanı sülhə məcbur etmək” mövqeyi ölümcül səhvdir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Fikrimcə, bu mövqe ölümcül səhvdir. Ölümcül səhv, sistemli səhv – bu, kökündən yanlışdır və təbii ki, Kiyev rejimi üçün nəticələri qaçılmaz edəcək”, - o bildirib.

Qeyd edək ki, Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Rusiyanı sülhə məcbur etmək planı barədə danışıb.