Dünya

Rusiyadakı seçkiləri diqqətlə izləyirik - Kirbi

Rusiyadakı seçkiləri diqqətlə izləyirik - Kirbi

ABŞ Rusiyada prezident seçkilərinin gedişini diqqətlə izləmək niyyətindədir.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə deyib.

"Biz izləyəcəyik və nə baş verdiyini müşahidə edəcəyik. Həftə sonu nə olacağını görəcəyik”, - o bildirib.

Eyni zamanda Kirbi Rusiyada azad və ədalətli seçkilərdən danışmağın düzgün olmadığını qeyd edib, bu seçkilərin Ukraynanın işğal olunmuş ərazilərində keçirilməsini qeyri-legitim hesab edib.

Kirbi ABŞ-ın bu ərazilərdəki (Ukraynanın işğal olunmuş ərazilərində) seçkilərin nəticələrini tanımadığını vurğulayıb.

Qeyd edək ki, Rusiyada prezident seçkisi 15 martda başlayıb və 17 marta qədər davam edəcək.