Hakan Fidan gürcü həmkarı ilə Qafqazdakı vəziyyəti müzakirə etdi
Gürcüstan və Türkiyənin xarici işlər nazirləri İlya Darçiaşvili və Hakan Fidan Cənubi Qafqazdakı vəziyyət və regional təhlükəsizliyə çağırışları müzakirə ediblər.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Nazirlər regionun sabit inkişafı üçün sülhün təmin olunmasının vacibliyini bir daha qeyd ediblər. Bu baxımdan Gürcüstan və Türkiyənin rolu qeyd edilib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, tərəflər həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialı məsələsini qaldırıblar. Bu kontekstdə Bakı-Tbilisi-Qars avtomobil yolunun, eləcə də Orta Dəhliz layihəsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Nazirlər qeyd ediblər ki, bu ilin martında Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutacaq.(Redaktor.az)