Dünya

Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları DAYANDIRILIR

Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları DAYANDIRILIR

Son dövrlərdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ölkəmizdə dəmir yolları sahəsində aparılan əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri davam etdirilir.

Dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində bir neçə mühüm layihələr həyata keçirilir.

Görülən tədbirlərin davamı kimi, yüklərin zamanında və tam təhlükəsiz mənzil başına çatdırılması, eləcə də sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəmir yolu infrastrukturunun möhkəmləndirilməsi və müasir standartlara cavab verəcək şəkildə yenidən qurulmasıyla əlaqədar “Naxçıvan Dəmir Yolları” MMC olaraq nəzərinizə çatdırırıq ki, 01 yanvar 2024-cü il tarixdən etibarən sərnişin daşımaları sahəsinin fəaliyyəti müvəqqəti dayandırılacaq.