İranın əxlaq polisinin qurbanı olan daha bir gənc - FOTO
Oktyabrın əvvəlində İranda məcburi hicab qaydalarına əməl etmədiyinə görə Əxlaq polisi tərəfindən döyülən gənc qadın vəfat edib.
Armita Gəravənd 28 gün komada qaldıqdan sonra dünyasını dəyişib.
Məlumatı İranın dövlət agentliyi olan IRNA da təsdiq edib. Bu həftənin əvvəlində 16 yaşlı gəncin beyin ölümünün baş verdiyinə dair xəbərlər yayılıb.
Şahidlərin sözlərinə görə, İran metrosunda qadın polis Armita Gəravəndlə mübahisə edib və bu zaman yıxılaraq huşunu itirib. “Amnesty International” gəncin Əxlaq polisinin hücumuna məruz qaldıqdan sonra komaya düşdüyünü qeyd edir.
Yerli rəsmilər isə onun təzyiqinin aşağı düşməsi ilə huşunu itirdiyini iddia edir.