Dünya

Bayden tətil edən işçilərə baş çəkdi: ABŞ tarixində ilk

Bayden tətil edən işçilərə baş çəkdi: ABŞ tarixində ilk


ABŞ prezidenti Co Bayden ölkə tarixində ilkə imza atıb. ABŞ prezidenti Co Bayden Miçiqanda Birləşmiş Avtomobil İşçiləri (UAW) həmkarlar ittifaqının üzvü olan General Motors işçilərinin tətilində iştirak edib.

Tətil bölgəsində meqafonla işçilərə səslənən Bayden, işçilərin 40 faiz maaş artımı tələbini dəstəklədiyini və "daha çoxuna" layiq olduqlarını söyləyib:

"Şirkətlər çətin vəziyyətdə idi, indi yaxşı vəziyyətdədirlər. Siz də yaxşı vəziyyətdə olmalısınız." .

Keçmiş prezident Donald Tramp Baydeni avtomobil işçilərinin kürəyindən “bıçaqlamaqda” ittiham edib.

Bəzi işçilər Bayden və ABŞ-ın keçmiş prezidenti Donald Trampın sabahkı səfərindən məmnun olmadıqlarını ifadə edərək, “Hər ikisinin gəlməməsinə üstünlük verərdik. “Biz insanları bölmək istəmirik və siz siyasəti qarışdırdığınız zaman bu, mübahisələrə səbəb olacaq" - deyə bildiriblər.

Tarixçilər bildiriblər ki, Baydenin Miçiqan səfəri 1902-ci ildə ABŞ-ın keçmiş prezidenti Teodor Ruzveltin tətil edən kömür işçilərini Ağ Evə dəvət etməsindən sonra hazırkı prezidentin tətil edən işçilərə göstərdiyi ən böyük dəstəyi təmsil edir.

UAW işçiləri bu ayın əvvəlində Ford, General Motors və Chrysler-in ana şirkəti Stellantis-i hədəf alaraq üç böyük avtomobil şirkətindən daha yaxşı maaş və iş şəraiti tələb edərək tətil elan ediblər.