Dünya

“İphone 15” modeli təqdim olunub

“İphone 15” modeli təqdim olunub


Apple şirkəti yeni iPhone 15 smartfonlarını təqdim edib.

Standart “iPhone 15” modelləri 6 GB RAM ilə gəlir. Apple, “iPhone 14” və “14 Plus”-da olduğu kimi eyni miqdarda yaddaşdan istifadə etməyi seçib.

“iPhone 15” və “15 Plus” 128GB, 256GB və 512GB yaddaşla istehsal edilib.

Batareyanın tutumunda cüzi artım var. “iPhone 15”-də 3877 mAh; “İPhone 15 Plus”-ın 4912 mAh batareyaya gücünü malik olduğu bildirilir.

Əsas kamera 48 meqapiksel təsvir ölçüsünə malikdir.
ABŞ bazarı üçün iPhone qiymətləri “iPhone 15” -799$
“iPhone 15 Plus” - 899$ təşkil edir.

“iPhone 15” 5 rəngdə istehsal olunub.