Dünya

Cənubi Koreyada istilər səbəbindən 88 nəfər xəstəxanaya yerləşdirilib

Cənubi Koreyada istilər səbəbindən 88 nəfər xəstəxanaya yerləşdirilib



Koreya Respublikasının Çolla-Pukto əyalətində skaut konvensiyasının açılış mərasimində iştirak edən 88 nəfər istilik vurması əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Qanunpress.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, huşunu itirdiyi üçün yıxılan bir neçə nəfər xəsarət alıb. Yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Meteoroloqların proqnozlarına görə, həftə ərzində Çolla-Pukto əyalətində havanın temperaturu 35 dərəcədən yüksək olacaq.