Ana səhifə   |    Haqqımızda   |    Reklam

Zelenski “Eurovision 2023”də çıxış edəcək?

Dünya
13 May 2023
06:24
Zelenski “Eurovision 2023”də çıxış edəcək?


“Eurovision 2023” musiqi müsabiqəsinin təşkilatçısı olan Avropa Yayımçılar İttifaqı Ukrayna prezidenti Volodimir Zelenskini videomüraciətlə finalda çıxış etmək imkanından məhrum edib.

Bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

“Eurovision beynəlxalq əyləncə şousudur və yarandığı gündən müəyyən edilmiş ciddi qayda və prinsiplərlə idarə olunur. Müsabiqənin təməl daşlarından biri onun qeyri-siyasi xarakter daşımasıdır”, - deyə birliyin nümayəndəsi bildirib.
26.09.2023
11:58
Günün fotosu...