Dünya

Polşanın ədliyyə naziri Almaniya kanslerini ƏBLƏH adlandırdı

Polşanın ədliyyə naziri Almaniya kanslerini ƏBLƏH adlandırdı


Polşanın ədliyyə naziri Zbiqnev Ziobro Almaniya kansleri Olaf Şoltsu Nasist Almaniyasının Təbliğat nazirliyinin rəhbəri Yozef Göbbelslə müqayisə edib.

Axın.az xarici agentliklərə istinadən xəbər verir ki, polşalı siyasətçi Almaniya kanslerinin İkinci dünya müharibəsinin başa çatması ilə bağlı tvitterdəki paylaşımına sərt təpki göstərib.

Qeyd edək ki, Şolts orada “Almaniya və bütün dünyanın 78 il əvvəl “nasional-sosializm zülmündən qurtulduğunu” yazıb.

“Bunun üçün biz həmişə minnətdar olacağıq. 8 May bizə demokratik hüquqi dövlətimizin öz-özünə gəlmədiyini xatırladır. Biz onu hər gün qorumalı və müdafiə etməliyik”, - deyə, alman kansler yazıb.

Ziobronun sözlərinə görə, Almaniya kansleri “İkinci dünya müharibəsinin əsl qurbanlarına qarşı absurdluq, yalan və təhqir xəttini keçib” və bununla “Yozef Göbbelsin ənənəsinə sadiq qalıb”.

“Siz kansler Şoltsun əbləh və ya manipulyator, tarixi bu şəkildə saxtalaşdıran və onu yenidən yazmağa çalışan fırıldaqçı olduğunu deyə bilərsiniz”, - Ziobro bildirib.