Azərbaycan həmişə buna hörmətlə yanaşıb - Kohen
Azərbaycan yəhudi icmalarına həmişə hörmətlə yanaşan ölkədir və xalqlarımız arasında əlaqə dərindir.
Bunu İsrail xarici işlər naziri Eli Kohen Tvitter hesabında yazıb.
"Bu gün mən Azərbaycanın paytaxtı Bakıda sinaqoqda oldum, yəhudi icmasının üzvləri ilə görüşdüm. Münasibətlərdə yeni mərhələnin rəmzi olan Azərbaycanın İsraildə səfirliyinin açılmasından məmnunam və icma üzvlərinə İsrailin hər zaman onların evi olacağını söylədim", - Kohen qeyd edib.