Dünya

Priqojin və “Vaqner” muzdlularının Baxmut israrının səbəbi bəlli oldu-zəngin təbii ehtiyatlar

Priqojin və “Vaqner” muzdlularının Baxmut israrının səbəbi bəlli oldu-zəngin təbii ehtiyatlar


“Vaqner” ÖHŞ-nin təsisçisi, Vladimir Putinə yaxın sayılan iş adamı Yevgeni Priqojin Ukraynanın Donetsk vilayətindəki duz və gips yataqlarına nəzarəti ələ keçirməkdə maraqlı ola bilər.

Bu, “Vaqner” muzdlularının Baxmut şəhərinə edilən hücumda fəal iştirakını izah edir.

Axın.az xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri ABŞ administrasiyası da bölüşür.
Ağ Ev rəsmisinin “Reuters”ə verdiyi məlumata görə, ABŞ rəhbərliyi Priqojinin Baxmutdakı canfəşanlığının əsasən maddi motivlərlə bağlı olduğunu təsbit edib.
Avropanın ən böyük duz yatağı – Artyomovskoye Baxmut bölgəsində yerləşir.

“Artyomsol” duz emalı müəssisələri isə yaxınlıqdakı Soledar şəhərində qurulub. Hazırda həmin şəhərdə “Vaqner”çilərlə Ukrayna ordusu arasında ağır döyüşlər gedir.

Ağ Evin sözçüsü Priqojinin muzdluları arasında itkiləri də göstərib. Onun sözlərinə görə, birliyin 50 min döyüşçüsündən dörd mindən çoxu öldürülüb, 10 minə yaxını isə yaralanıb. Son bir ayda təkcə Baxmut yaxınlığında mindən çox Vaqner döyüşçüsü həlak olub.


Axın.az