Rusiya ilk dəfə olaraq Ukraynaya Xəzərdəki reaktiv daşıyıcılardan zərbələr endirib
Rusiya qoşunları ilk dəfə olaraq Ukraynaya zərbələr endirmək üçün Xəzər dənizindəki reaktiv daşıyıcılardan istifadə edib. Bu, Rusiya üçün Qara dəniz sahilində logistika ilə bağlı problemlərə işarə edə bilər.
Bu barədə Ukrayna telemarafonunun efirində ölkənin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib.
“Dünənki raket hücumları üçün səciyyəvi hal o idi ki, Xəzərdə olan raket daşıyıcılarından istifadə olunurdu. Bu, genişmiqyaslı işğal dövründə ilk dəfə qeydə alınıb. Yəqin ki, onları Qara dənizə çatdırmaq daha da çətinləşib”, - Qumenyuk bildirib.
Onun sözlərinə görə, bu, Ukrayna qüvvələrinin Sol Sahildə düşmənin maddi-texniki təchizatını atəş nəzarəti altında saxladığını göstərir.
Xatırladaq ki, dünən, dekabrın 31-də Rusiya ordusu növbəti dəfə Ukrayna ərazisinə kütləvi şəkildə raket zərbələri endirib.
Mənbə: rbc.ua